“Liverpul”un keçmiş hücumçusu Lambert oyunçu karyerasını başa çatdırmağı qərara alıb
Futbol üzrə İngiltərə yığmasının keçmiş hücumçusu Riki Lambert oyunçu karyerasını başa çatdırmağı qərara alıb.

Lambert deyib: “Mən bacardığım qədər futbol oynamışam. Bu yolda yüksəlişlər də olub, enişlər də. Lakin mən “Sauthempton”, “Liverpul” kimi komandalarda oynamışam. Yığma komandanın heyətində çıxış etmişəm, dünya çempionatında iştirak etmişəm. Heyətində oynadığım klubların, xüsusən ömrümün ən yaxşı illərini keçirdiyim “Sauthempton”un azarkeşlərinə təşəkkür edirəm”.

Lambert müxtəlif klublar səviyyəsində 615 matç keçirib, bu oyunlarda 224 qol vurub, 88 dəfə uğurlu ötürmə edib. İngiltərə yığmasının heyətində keçirdiyi 11 matçda 3 qol vurub.

Xəbər 536 dəfə oxundu.