“Neftçi” klubu yoxlama oyununda qüvvəsini sınayacaq
“Neftçi” futbol klubu Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı yoxlama görüşü keçirəcək.

Komanda oktyabrın 7-də "Qəbələ" klubu ilə qarşılaşacaq.

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 16:00-da start götürəcək.

Xəbər 534 dəfə oxundu.