Stolüstü tennis üzrə Bakı şəhər birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə stolüstü tennis üzrə paytaxt birinciliyi keçirilib.

Yarışda “Neftçi” İdman Klubunun, “Təhsil” Respublika İdman Məktəbinin, 18 və 19 saylı Uşaq-Gənclər İdman məktəblərinin, 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq–Gənclər İdman Məktəbinin və “Lokomotiv” İdman Cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Oğlanların və qızların mübarizə apardıqları yarış şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilib.

Qaliblər Baş İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1377 dəfə oxundu.