Nəhayət, Şəhriyar da qələbə qazandı
Plovdivdə keçirilən kişilər arasında şahmat üzrə şəxsi Avropa çempionatında ilk altı turun hamısını heç-heçə başa vuran Şəhriyar Məmmədyarov, nəhayət ki, 7-ci turda ilk qələbəsini qazandı. İdman.com.az saytı xəbər verir ki, turnirin reytinq ikincisi bu qələbəni bolqar Qriqor Qriqorov üzərində qazanıb.

Bu turda şahmatçılarımızdan Vüqar Rəsulov, Cahangir Ağarəhimov və Zaur Ocaqverdiyev də rəqiblərini üstələyiblər. Aparıcı şahmatçılarımızdan Rauf Məmmədov və Eltac Səfərli turdan yarım xalla ayrıldıqları halda, Qədir Hüseynov xal ehtiyatını artıra bilməyənlər sırasındadır.

7 turdan sonra Vüqar Rəsulov 4,5 xalla 73-cü pillədədir. 4 xalla Rauf Məmmədov 92-ci,Vasif Durarbəyli 96-cı, Namiq Quliyev 117-ci, Şəhriyar Məmmədyarov 127-ci, Eltac Səfərli 135-ci yerdədirlər.

Xəbər 1254 dəfə oxundu.