Azərbaycanın U-17 millisinin Serbiyada təlim-məşq toplanışı başlayıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Serbiyada təlim-məşq toplanışı başlayıb.

Hazırlıq prosesinə Ayxan Arazlı, Turan Vəlizadə, Zamiq Əliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Elməddin Sultanov, Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov (hamısı “Qəbələ”), Nicat Məmmədov, Mahir Həsənov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı “Neftçi”), Sərcan Omarov, Cavid Əliyev, Ceyhun Nuriyev (hər üçü “İnter”), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”), Murad Məmmədov (“Səbail”) və Elnur İbrahimov (“Spartak Moskva 2”) dəvət olunublar.

Xəbər 559 dəfə oxundu.