Azərbaycan cüdoçusu Zaqrebdə Qran-Pri yarışının qalibi olub
Azərbaycan cüdoçusu Rüstəm Orucov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışının qalibi olub.

Yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuz ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.

Qran-Pri turnirində qalib gələn idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.

Xəbər 922 dəfə oxundu.