Xaçmazda XI Respublika Oyunlarının ağır atletika yarışları keçiriləcək | |
Oktyabrın 2-6-da Xaçmaz Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü oğlan və qızlar arasında XI Respublika Oyunlarının ağır atletika yarışları keçiriləcək. Birincilikdə tabeçiliyindən asılı olmayaraq bütün idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış edə biləcəklər. Oyunlarda 200-dən çox yeniyetmə ağır atletin körpücük üzərinə çıxaraq medal mübarizəsinə qoşulacağı gözlənilir. Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. |
|
Xəbər 1297 dəfə oxundu. |
|
|