Azərbaycan şahmat üzrə Avropa komanda çempionatında iştirak edəcək
Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krita-Maris şəhərində İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa komanda çempionatı keçiriləcək.

Kişilər arasında açıq çempionatda 38 komanda çıxış edəcək. Ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcək.

Qadınların çempionatında 31 komanda çıxış edəcək. Azərbaycan komandasında Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva iştirak edəcəklər.

Xəbər 901 dəfə oxundu.