Şamaxıda sərbəst güləş üzrə yeniyetmələr arasında V açıq respublika turniri keçirilir
Sentyabrın 29-da Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə V açıq respublika turniri start götürüb.

Turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Qırğızıstanı təmsil edən 288 güləşçi mübarizə aparır.

Qaliblər Azərbaycan Güləş Federasiyasının kubok, diplom və medalları ilə təltif olunacaqlar.

Turnirə sentyabrın 30-da yekun vurulacaq.

Xəbər 547 dəfə oxundu.