UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib | |
Sentyabrın 28-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib. Turun ilk oyunu Qazaxıstanda “Astana” klubu ilə Çexiyanın “Slavia” komandası arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Avroliqada çıxış edən Türkiyə təmsilçiləri isə Portuqaliya klubları ilə qarşılaşıblar. “Konyaspor” doğma meydanda “Gimarayş” klubunu 2:1 hesabı ilə məğlub edib, “Başakşəhər” isə səfərdə “Braqa”ya uduzub – 1:2. Turun sürpriz nəticəsi isə İspaniyada qeydə alınıb. Bilbaonun “Atletik” klubu öz meydanında Ukrayna təmsilçisi “Zorya”ya məğlub olub – 0:1. Digər görüşlər isə aşağıdakı kimi nəticələnib: “A” qrupu “Makkabi” (Təl-Əviv, İsrail) – “Vilyarreal” (İspaniya) – 0:0 “B” qrupu “Partizan” (Serbiya) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:3 “Skenderbeu” (Albaniya) – “Yanq Boyz” (İsveçrə) – 1:1 “C” qrupu “Lüdoqorets” (Bolqarıstan) – “Hoffenhaym” (Almaniya) – 2:1 “D” qrupu AEK (Yunanıstan) – “Austria” (Avstriya) – 2:2 “Milan” (İtaliya) – “Riyeka” (Xorvatiya) – 3:2 “E” qrupu “Everton” (İngiltərə) – “Apollon” (Kipr) – 2:2 “Lion” (Fransa) – “Atalanta” (İtaliya) – 1:1 “F” qrupu “Lokomotiv” (Rusiya) – “Zlin” (Çexiya) – 3:0 “Şerif” (Moldova) – “Kopenhagen” (Danimarka) – 0:0 “G” qrupu “Viktoriya” (Çexiya) – “Hapoel” (İsrail) – 3:1 “Luqano” (İsveçrə) – “Styaua” (Rumıniya) – 1:2 “H” qrupu “Köln” (Almaniya) – “Srvena Zvezda” (Serbiya) – 0:1 “BATE” (Belarus) – “Arsenal” (İngiltərə) – 2 :4 “İ” qrupu “Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) – 1 :0 “J” qrupu “Ostersun” (İsveç) – “Herta” (Almaniya) – 1:0 “K” qrupu “Latsio” (İtaliya) – “Sulte Varegem” (Belçika) - 2:0 “Nitsa” (Fransa) – “Vitess” (Hollandiya) – 3:0 “L” qrupu “Rusenborq” (Norveç) – “Vardar” (Makedoniya) – 3:1 “Zenit” (Rusiya) – “Real Sosyedad” (İspaniya) – 3:1 |
|
Xəbər 563 dəfə oxundu. |
|
|