“Avro-2020”nin seçmə mərhələsinin püşkatma mərasimi İrlandiyada təşkil ediləcək
UEFA 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin İrlandiyanın paytaxtı Dublində keçirilməsi barədə qərar qəbul edib.

Püşkatma mərasimi 2018-ci il dekabrın 2-də keçiriləcək.

Qeyd edək ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsi 13 ölkədə təşkil olunacaq. Çempionatda bir qrupun görüşləri və bir dörddəbir final qarşılaşması Bakıda oynanılacaq.

Yarımfinal və final görüşləri Londondakı “Uembli” stadionunda təşkil ediləcək.

Xəbər 1160 dəfə oxundu.