Oksana Kovalçuk: Çempionat çox yüksək səviyyədə təşkil edilib
Bakıda keçirilən voleybol üzrə Avropa çempionatının final mərhələsi çox yüksək səviyyədə təşkil edilib. Buraya güclü komandalar toplaşıblar. Onlar təmsil etdikləri ölkələrin çempionlarıdır. Milli Gimnastika Arenasının çox gözəl zalı var. Azarkeşlərin dəstəyi də güclüdür. Hər şey xoşumuza gəldi.

Bu sözləri Belarusun voleybol yığmasının kapitanı Oksana Kovalçuk Çexiya voleybolçularına 3:2 hesabla qalib gəldikdən sonra müsahibəsində deyib.

O bildirib ki, komanda çempionata mübarizə aparmaq üçün gəlib. “Bəli, ilk iki partiyada bizimki gətirmədi. Rəqib çox yaxşı hazırlaşmışdı və bizim taktikamızı pozdu. Üçüncü partiyada hər top uğrunda sonadək mübarizə apardıq. Matçın sonu isə bizim üçün sevindirici oldu”, - deyə O.Kovalçuk qeyd edib.

AZƏRTAC

Xəbər 681 dəfə oxundu.