Azərbaycan karateçiləri Rumıniyada dünya çempionatında uğurla çıxış ediblər
Rumıniyanın paytaxtı Buxarestdə qoju-ryu karate üzrə dördüncü dünya çempionatı keçirilib.

VKC növləri üzrə dünya çempionatında Azərbaycanı milli federasiyanın prezidenti Nurəddin Quliyevin rəhbərliyi ilə doqquz idmançı təmsil edib.

Azərbaycan millisinin üzvləri mundialda 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Fəxri kürsünün ən yüksək pilləsinə böyüklərin yarışında Ənvər Nemətov (79 kq), Orxan Süleymanov (84 kq), veteranların yarışında isə Həsən Həsənov qalxıblar.

Ə.Nemətov və O.Süleymanov üçüncü dəfə çempion adını qazanıblar.

Xəbər 812 dəfə oxundu.