I Divizion, püşkatma mərasimi keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Mərasim saat 13:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

Qeyd edək ki, mövsümdə 10 komanda - “Şüvəlan”, “Turan Tovuz”, “Ağsu”, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Mil-Muğan”, MOİK, “Binə”, “Xəzər” və “Sabah” mübarizə aparacaqlar.

Bütün KİV nümayəndələri püşkatma mərasiminə dəvətlidir.

Xəbər 554 dəfə oxundu.