Niderland voleybolçuları çexiyalı rəqiblərini məğlub ediblər
Sentyabrın 24-də Göygöl Olimpiya İdman Kompleksində qadınlar arasında voleybol üzrə Avropa çempionatının “D” qrupunda keçirilən sonuncu oyunda Çexiya və Niderland komandaları qarşılaşıblar.

Qarşılaşmanı azərbaycanlı Eldar Zülfüqarov və italiyalı Daniele Rapisarda idarə ediblər. Oyun Niderland voleybolçularının Çexiya yığması üzərində 3:1 (25:21, 25:15, 21:25, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupda keçirilən digər oyunda Serbiya voleybolçuları Belçika komandasından üstün olublar – 3:1 (24:26, 25:20, 25:22, 25:21).

Xəbər 576 dəfə oxundu.