Heyət elan olundu
Futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, dünya çempionatının play-off mərhələsi çərçivəsində bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Rusiya yığması ilə qarşılaşacaq millimizin bu matç üçün “13-lüy”ü məlum olub.

Baş məşqçi Joze Alesio ilk qarşılaşmada Marat Salyanski, Vitali Borisov, Jadder Dantas, Rəcəb Fərəczadə, Felipe Ribeiro dos Santos, Namiq Məmmədkərimov (hamısı “Araz”), Rikardo Fiqueyro, İlkin Hacıyev, Seymur Məmmədov (hamısı “Neftçi” İSM), Luis Serjio Lukas (“Uraqan”, Ukrayna), Elnur Zamanov, Elnur Qəmbərov (hər ikisi “Ekol”), Zeynal Zeynalovun (klubsuz) xidmətindən istifadə edəcək.
Qeyd edək ki, matç bu gün saat 21:00-da başlayacaq.

Xəbər 1185 dəfə oxundu.