Elşən Məmmədov Avropa birinciliyinin bürünc mükafatçısı olub
Kosovonun paytaxtı Priştina şəhərində sentyabrın 22-dən 30-dək keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb.

Yığmamızın üzvü Elşən Məmmədov artıq körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlərin 50 kq çəki dərəcəsində yarışıb. Gənc atlet birdən qaldırma hərəkətində 75 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.

Qeyd edək ki, Elşən təkanla qaldırma hərəkətində 95 kq-ı başı üzərinə qaldıra bilib. O, bu hərəkətdə 4-cü yeri tutub.

Xəbər 1303 dəfə oxundu.