Atletlərimizin Avropa birinciliyindəki çıxış cədvəli açıqlandı
Kosovonun paytaxtı Priştina şəhərində sentyabrın 22-dən 30-dək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb.

Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında bizim yığmanın da üzvləri var.
Artıq yarışın start kitabı açıqlanıb və atletlərimizin çıxış cədvəli məlum olub. Belə ki, sentyabrın 23-də saat 19:00 ilk olaraq Elşən Məmmədov (U-15,50 kq) mübarizəyə qatılacaq. Sentyabrın 24-də Murad Əliyev (U-15,56 kq), Rüstəm Qasımov (U-15,56 kq), Elməddin Hüseynov (U-17, 56 kq); sentyabrın 25-də Nurlan Rəsulov (U-15,62 kq), Əli Şükürlü (U-15,69 kq), Səbinə Əzimova (U-17, 53 kq); sentyabrın 27-də Tarmenxan Babayev (U-15, 85 kq); sentyabrın 29-da Rəhman Kazımov (U-15,+94 kq) güclərini sınayacaqlar.

Xəbər 1096 dəfə oxundu.