Belarus voleybolçuları əzmkar oyun nümayiş etdirərək Xorvatiya komandasına qalib gəliblər
Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində Tbilisidə “B” qrupunun digər oyununda Belarus və Xorvatiya milli komandaları qarşılaşıblar.

Tbilisidəki Yeni İdman Sarayında keçirilən oyunu Ukraynadan olan hakim Medvid Mixaylo və belçikalı Boulanger Maria-Katerina idarə ediblər.
Oyun Belarus komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Birinci və ikinci setləri 10:25 və 15:25 hesabı ilə uduzan belaruslular üçüncü setdə oyunda dönüş yaradıblar. Belarus voleybolçuları yüksək əzmkarlıq göstərərək sonrakı setlərdə 25:21, 25:20 və 15:9 hesabı ilə qalib gəliblər. Yekun hesabda 3:2 hesabı ilə üstün olan Belarus yığması matçı qələbə ilə başa vurublar.

Xəbər 565 dəfə oxundu.