Tbilisidə qadın voleybolçular arasında Avropa çempionatının ilk oyununda Gürcüstan və İtaliya milliləri qarşılaşacaq
Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində sentyabrın 22-də Tbilisidəki ilk oyunda bu ölkənin yığma komandası İtaliya millisi ilə qarşılaşacaq.

Çempionatın “D” qrupunda yer alan bu iki komanda arasındakı görüş Tbilisidəki Yeni İdman Sarayında keçiriləcək. Oyun yerli vaxtla saat 17:00-da başlayacaq.

Qarşılaşmanı Bolqarıstandan olan hakim İlian Georgiev və türkiyəli Onur Hosnut idarə edəcəklər.

Görüşdə İtaliyanın idman şərəfini İndra Sorokaite, Sara Loda, Sara Bonifakio, Monika de Gennaro, Rafaela Folie, Alessia Orro, Katerina Çiara Bosetti, Kristina Çiriçella, Anna Danesi, Valentina Tirozzi, Lusia Bosetti, Paola Ogeçi Eqonu, Beatris Parrokçiale, Şarlotta Kambi qoruyacaqlar.
Gürcüstan millisinin heyətində isə Mariam Qaprindaşvili, Nino Koraevi, Ana Batsatsaşvili, Maria Tsarenko, Anna Mariam Beriaşvili, Gvantsa Ukumbelaşvili, Culieta Sanadze, İrina Çelidze, Svetlana Sosnovskaya, Ann Kalandadze, Gvantsa Markaraşvili, Tinatin Tçautçidze mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatının final oyunlarında “D” qrupu çərçivəsində Gürcüstanda 6 oyun keçiriləcək. Sentyabrın 22-də İtaliya-Gürcüstan və Belarus-Xorvatiya qarşılaşmaları oynanılacaq. Sentyabrın 23-də Gürcüstan-Xorvatiya, İtaliya-Belarus, bir gün sonra isə Gürcüstan-Belarus və Xorvatiya-İtaliya oyunları keçiriləcək.

AZƏRTAC


Xəbər 541 dəfə oxundu.