Bu gün Azərbaycanın üç güləşçisi hərbçilərin dünya çempionatında mübarizəyə qoşulur
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının üçüncü günündə - sentyabrın 22-də Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub.

Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışda bu gün yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxacaqlar.

Məşqlər zamanı zədələndiyinə görə Həsən Əliyev yarışlarda iştirak edə bilməyəcək.

İlk olaraq döşək üzərinə 71 kiloqram çəki dərəcəsində Sənan Əlimirzəyev çıxıb. O, Litva güləşçisi Sleiva Kristupasa 11:4 hesabı ilə qalib gəlib.

Xəbər 1252 dəfə oxundu.