Klaypeda şəhərinin meri: Azərbaycanın hərbçilərin dünya çempionatına böyük heyətlə qatılmasından məmnunuq
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına qatılan nümayəndə heyətlərinin rəhbərləri və Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təmsilçiləri yarışa ev sahibliyi edən şəhərin meri Vitautas Qrubliauskas ilə görüşüblər.

Görüşdə çıxış edən mer dünyanın müxtəlif ölkələrindən olan hərbçilərin Klaypedada sülh, dostluq və idman üçün bir arada toplanmalarından məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik-leytenant Rəşad Quliyev Vitautas Qrubliauskasa xatirə hədiyyəsi təqdim edib.
Mer Azərbaycanın bu mötəbər yarışa böyük heyətlə qatılmasının önəmini qeyd edib.

Rəşad Quliyev yüksək qonaqpərvərliyə və tədbirin uğurla təşkilinə görə Vitautas Qrubliauskasa təşəkkürünü bildirib.

Xəbər 905 dəfə oxundu.