Hacıbaba Əsgərov - 100: Ruhən güclü və mətin insan
Hacıbaba Əsgərov 1917-ci il sentyabrın 22-də Gəncə şəhərində anadan olub. Atası Məşədi Həsən Hacı Cabbar oğlu 1-ci dərəcəli gildiya taciri, anası Ruxsara xanım Hacı Salman bəy İbrahimlinin qızı idi. Hacıbaba ilk təhsilini evdə almışdı. 1925-ci ildən 1932-ci ilə kimi Gəncədə yeddillik məktəbdə oxuyub.

Orada təhsilini başa vurduqdan sonra, Bakı neft texnikumuna daxil olub və 1936-cı ildə təhsilini başa vurub. İdmana olan həvəs onu 1937-ci ildə Azərbaycan Dövdət Bədən Tərbiyəsi İnstitutuna gətirib. Orada Hacıbabanın ağır atletika üzrə bacarığı, istededadı özünü göstərib. Gərgin məşqlər və təbii imkanları sayəsində o, elə ilk yarışlarda birdən qaldırmada respublika rekorduna nail olub. Bundan sonra Hacıbaba Əsgərov uzun illər yarımyüngül və yüngül çəkidə Azərbaycan çempionu olub. 1939-cu ildə bədən tərbiyəsi instiutunda oxuya-oxuya, həm də orada ağır atletikadan dərs deyib.

İllər keçir, Hacıbaba sonuncu fənn üzrə dövlət imtahanını verib təhsilini başa vurur. Amma ali təhsil barədə diplomu almaq sevincinə müharibənin başlanması baradə xəbərin acısı qatılır. Hacı Əsgərov cəbhəyə yollanır. O, Kursk, Oryol, Pskov şəhərlərinin düşməndən azad edilməsində iştirak edir. Doğma Azərbaycandan uzaq olmasına baxmayaraq, bu gəncəli balası faşizmə qarşı qanlı döyüşlərdə ana torpağı inadkarlıq və qəhrəmanlıqla müdafiə edirib.

Cəbhədə göstərdiyi igidliyə görə ordenlə medallarla yanaşı adının yanına Abrek (Qafqazda haqsızlığa qarşı mübarzəyə qalxıb, dağlara mücahid, qaçaq) sözü də əlavə olunur. Abrek Hacı adı onun bütün sənədlərində yer alır, mükafat və rütbələr ona bu adla verilirdi. Azərbaycan idman və ictimai həyatının digər sahələridə bir neçə nəslin nümayəndələri onu bu adla tanıyırdı.

Novel şəhərinin azad edilməsi zamanı Hacı Əsgərov onurğasından ağır yaralanır. Hospitalda bir ildən atrıq üzü üstə yatır, ağrıdan tərpənə bilmir. Həkimlər sağalacağına heç bir ümid olmayan xəstənin yanından sakitcə ötüb keçirlər.
Ayaqlarının iflic olmasına görə Hacı Əsgərov ordudan birdəfəlik tərxis edilir və əlil arabasında davam edəcək ömrə məhkum olunur.

Həkimlərin bu hökmü ilə baraşmayan, mətinlik, sarsılmaz iradə kamilliyə sonsuz bir cazibə kimi insani keyfiytələri və özünün hazırladığı üsulların, təmrinlərin, texnikanın, ən sadə avadanlıq və mexanizmlərin köməyi ilə nəhayət ki, yeriməyə başladı, hətta böyük idmana, fəal həyat tərizinə qayıtmağı bacarı. Motosikl idmanında bir çox krosların, ağır atletika üzrə yarışların qalibi oldu. 1944-cü ildə Hacı Əsgərovu Azərbaycan mərkəzi avto-moto klubunun rəisi vəzifəsinə təyin edirlər və 1946-cı ildə Kirovabad Bədən Tərbiyəsi Texikumuna direktor vəzifəsinə keçirilənə qədər orada çalışır. 1947-ci ilin sentyabrında isə yenidən Bakıya qaytarılaraq, S.M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun ağır atletika kafedrasının müdiri vəzifəsində ilk azərbaycanlı kimi işləməyə başlayır.

1950-ci ilin avqustunda Hacı Əsgərov institutun əsas fakültəsinin dekanı vəzifəsinə təyin edildi.1955-ci ilin yanvarından Lenin orenli Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun Azərbaycandakı qiyabi şöbəsinin direktoru oldu.
Hacı Əsgərov 1947-ci ildən başlayaraq, ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyib və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnisttutunda dərs deyib. İdman sahəsi üzrə azərbaycan dilində ilk dərsliyin (1963-cü il) müəllifidir. «Əmək veteranı» adına layiq görülüb, «Əmək igidliyinə görə» medalı ilə təltif edilib. SSRİ təhsil sitemindəki nailiyyətləri «İşdə əla nailiyyətlərə görə» döş nişanını ilə qiymətləndirilib.

Azərbaycan Respubliksaının Əməkdar məşqçisi, respublika yığma komandasının məşqçisi kimi Azərbaycanda yüksək səviyyəli ağırlıq qaldıranlar yetişdirib.1965-ci ildə ağır atletika üzrə Beynəlxəlq kateqoriyaya layiq görülən ilk hakim olub. Onun hazırladığı mütəxəssislər - Məmməd Useynov, Şua Hüseynov, Nazim Orucov, Vadim Maroçkin, Yusif Əhmədov, Arif Əsgərov, Oleq Luqovskoy, Aleksey Kulkov, Yusif Yusifov, Vəli Əliyev, Oqtay Rzayev, İsmayıl İsmayılov Azərbaycanın hər bir güşəsində, Gəncədə, Naxçıvanda, Sabirabadda, Göyçayda və başqa rayonlarda idmançı kadrların yetişdirilməsi ilə məşğul olublar.

1988-ci il aprelin 14-də bu mərd, ruhən güclü insanın ürəyi dayandı. Hacı Abrek Əsgərovun xatirəsi onun yetirmələrinin qəlbində daim yaşayacaq.

Xəbər 2229 dəfə oxundu.