"Aşqabad-2017"nin beşinci günündə 30 dəst medal sahibini tapacaq | |
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir. Oyunların beşinci günündə - sentyabrın 21-də idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, boulinq, şahmat, atçılıq, futzal, tennis, kuraş, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar. Bu gün 30 dəst medal sahibini tapacaq. Qeyd edək ki, "Aşqabad-2017"də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır. AZƏRTAC |
|
Xəbər 478 dəfə oxundu. |
|
|