Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasında altıncı turun oyun cədvəli müəyyənləşib.

Turun görüşləri üç gün ərzində keçiriləcək.

Sentyabrın 22-də start götürəcək turun ilk günündə “Sumqayıt” klubu “Qarabağ” komandasını qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Turun ikinci günündə isə “Kəpəz” komandası səfərdə “Səbail” klubu ilə qarşılaşacaq. “Dalğa Arena” təşkil ediləcək görüşə saat 17:30-da start veriləcək. Günün ikinci oyununda isə “Zirə” komandası doğma meydanda “İnter”i qəbul edəcək. Matç Zirə İdman Kompleksinin stadionunda saat 20:00-da başlayacaq.

Turuna “Qəbələ” – “Neftçi” oyunu ilə yekun vurulacaq. Saat 18:00-da start götürəcək qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.


Xəbər 588 dəfə oxundu.