Nicat Abbasov Türkiyədə açıq turnirdə qalib gəlib
Azərbaycan qrossmeysteri Nicat Abbasov Türkiyədə şahmat üzrə beynəlxalq şahmat çempionatının “A” kateqoriyalı turnirinin qalibi olub. Açıq çempionatda 10-dan çox ölkədən 86 şahmatçı iştirak edib. Nicat 9 mümkün xaldan 7,5 xal toplayaraq, 3 rəqibini - David Benidzeni (Gürcüstan), Stanislav Boqdanoviçi (Ukrayna) və Əlixan Hüseynovu (Özbəkistan) yarım xal geridə qoyub.

Nicat Abbasovla bərabər turnirdə qrossmeyster Vüqar Rəsulov, beynəlxalq dərəcəli usta Nail Bəşirli, FIDE ustası Murad Nuri, habelə Nərmin Soyunlu iştirak ediblər. Turnirin yekunlarına görə, hər biri 6 xal toplayan Vüqar Rəsulov, Nail Bəşirli və Murad Nuri müvafiq olaraq 8, 12 və 13-cü yerləri tutublar. Nərmin Soyunlu isə 4,5 xalla 42-ci yerdə qərarlaşıb.

Xəbər 674 dəfə oxundu.