Meydanda daha bir ölüm hadisəsi
Dünya idmanında növbəti faciə baş verib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, tanınmış italiyalı voleybolçu Viqor Bovolenta meydanda ölüb. Bu, İtaliya çempionatının “Forli” – “Maçeratı” görüşündə baş verib. Belə ki, ev sahiblərinin heyətində çıxış edən 37 yaşlı Bovolenta elə oyun zamanı yıxılıb və dərhal xəstəxanaya aparılıb. O, reanimasiyada həkimlərin səylərinə baxmayaraq, özünə gəlməyib və vəfat edib.

İlkin diaqnoz ürək çatışmazlığıdır. Ampulaca blokçu olan Viqor 1995-2008-ci illərdə şərəfini qoruduğu İtaliya yığmasının heyətində 2 dəfə Avropa çempionu tituluna yiyələnib. O, həmçinin 1 dəfə Dünya Kubokunun, 4 dəfə Dünya Liqasının, 5 dəfə avrokubokların qalibi, 1996-cı il Atlanta Olimpiadasının gümüş medalçısı olub.

Xəbər 924 dəfə oxundu.