Voleybol üzrə Türkiyə millisinin Avropa çempionatında iştirak edəcəyi heyət məlum olub
Qadınlar arasında voleybol üzrə Avropa çempionatında iştirak edəcək Türkiyə millisinin ilkin heyəti məlum olub.
Türkiyə millisinin çempionata 14 oyunçu ilə qatılması nəzərdə tutulur. Baş məşqçi Covanni Quidetti ilkin heyətə Naz Akyol, Qamze Alikaya, Eda Erdem Dündar, Kübra Çalışkan, Bahar Toksoy, Polen Uslupehlivan, Meryem Boz, Gözde Kırdar, Güldeniz Önal, Neriman Özsoy, Hande Baladin, Tuğba Şenoğlu, Merve Dalbeler və Simge Aközü daxil edib.

Türkiyə yığmasının Bakıya sentyabrın 20-də gəlməsi planlaşdırılır. Komanda Bakıya gəlməzdən əvvəl İstanbulda Ukrayna millisi ilə yoldaşlıq görüşü keçirəcək. Bu görüşdən sonra heyətdə müəyyən dəyişikliyin edilməsi gözlənilir.

Qeyd edək ki, Türkiyə komandası Bakıdakı Avropa çempionatında Rusiya, Bolqarıstan və Ukrayna yığmaları ilə birlikdə “C” qrupunda yer alıb. 2003-cü ilin Avropa çempionatının gümüş mükafatçısı olan komanda matçlarını Bakıda oynayacaq.

On altı ölkənin milli komandasının mübarizə aparacağı Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə keçiriləcək.

Xəbər 564 dəfə oxundu.