İdmançılarımız İsveçrədə mötəbər turnirdə 18 medala sahib olublar
Karate üzrə mili komandamızın üzvləri İsveçrədə keçirilmiş mötəbər turnirdə 18 medala (9 qızıl, 5 gümüş, 4 bürünc) sahib olublar.

Bazeldə üç kateqoriya üzrə keçirilən 8-ci "Basel Open Masters" turnirinin fərdi yarışlarında kişilər arasında Rafael Ağayev (75 kq), Şahin Atamov (+84 kq) və Roman Heydərov (kata), qadınlar arasında isə İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Firdovsi Fərzəliyev (60 kq), Nuranə Əliyeva (50 kq) və Fəridə Əliyeva (+68 kq) ikinci sıranı, Novruz Əliyev (75 kq) və Ayxan Mamayev (84 kq) isə üçüncü pilləni tutublar.

Açıq turnirdə Asiman Qurbanlı (+84 kq) ilə Fəridə Əliyeva birinci, Ayxan Mamayev ikinci yeri tutub. Sonda yarışın mükafatçıları arasında "Masters" turnirində isə Rafael Ağayevlə İrina Zaretska qızıl medal, Ayxan Mamayev gümüş, Asiman Qurbanlı və Fəridə Əliyeva isə bürünc medala sahib olublar.
Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 8-ci "Basel Open Masters" beynəlxalq karate turnirində uğurla çıxış edən idmançılarımız oradan birbaşa həftəsonu İstanbulda Dünya Karate Federasiyasının (WKF) Karate 1 A seriyası turnirinə yollanacaq.

Xəbər 834 dəfə oxundu.