Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura bu gün keçirilmiş 2 oyunla yekun vurulub. Turun son qarşılaşmasında "Qəbələ" səfərdə debütant "Səbail"lə görüşüb. Matçdan qonaqlar qalib ayrılıb - 3:1. İlk yarının sonlarında "Qəbələ"dən Baqali Dabo fərqlənib. 55-ci dəqiqədə Vüqar Nadirov bərabərlik qolunu vursa da, tezliklə Asif Məmmədov "qırmızı-qaralar"ı yenidən önə çıxarıb. Oyunda son nöqtəni isə uzatma dəqiqələrində Dabo qoyub. Bununla da "Qəbələ" xallarını 10-a çatdırıb və 3-cü pillədə qalıb. Cəmi 3 xalı olan "Səbail" isə 6-cıdır. |
|
Xəbər 540 dəfə oxundu. |
|
|