Olimpiadadan imtina etdi
«Mançester Yunayted»in yarımmüdafiəçisi Pak Çji Sun Cənubi Koreya yığmasında oynamaqdan imtina etdi. Daha doğrusu, o, bu yay Londonda keçiriləcək olimpiya oyunlarında Cənubi Koreyanın olimpiya yığmasında çıxış etmək istəmir.

İdman.com.az saytının məlumatına görə, 31 yaşlı futbolçu milli komandada karyerasını 2011-ci ildə başa vurub. O, Bildirib ki, milli yığmada karyerasını hələ ötən il başa vurub. Bütün diqqətini ingilis klubunda oyununa yönəltmək istəyən futbolçu, ümumiyyətlə, nə əsas, nə də olimpiya yığmasının formasını bir daha geyinməyi düşünmür:

«Mənə müraciət olundu. Lakin imtina etməli oldum. Yığmada 100-dən çox oyun keçirmişəm. Lakin həyatımın bu mərhələsi artıq geridə qalıb. Diqqətimi klub işlərimə yönəltmək istəyirəm. Bu mənim «Old Trafford»da 7-ci mövsümümdü. 4 titul qazanmışam. Lakirn bu il çempion olmağı daha çox istəyirəm».

Xəbər 1044 dəfə oxundu.