Mili komandamızın üzvləri İsveçrəyə yollanıblar
Karate üzrə mili komandamızın üzvləri İsveçrəyə yarışa yollanıblar.

Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə idmançılarımız Bazeldə 8-ci "Basel Open Masters" beynəlxalq karate turnirində iştirak edəcəklər.

Ənənəvi mötəbər yarışın medalları uğrunda Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev və Novruz Əliyev (hər ikisi 75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq), eləcə də qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Xəbər 1015 dəfə oxundu.