Futbol üzrə I divizionda 10 komanda iştirak edəcək
AFFA-nın və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxıb.

AFFA-dan bildirilib ki, komissiyanın iclasında klubların təqdim etdikləri sənədlər, onların peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatlar nəzərə alınaraq I divizionda iştirak edəcək komandalar təsdiqlənib. Beləliklə, I divizionda “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” komandalarının da iştirakına icazə verilib.

I divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların çıxış etməsi üçün həvəskar statuslu “Region Liqası” nın yaradılması ilə bağlı layihənin İcraiyyə Komitəsinə təqdim olunması planlaşdırılır.

Xəbər 599 dəfə oxundu.