Azərbaycanın yeniyetmə və gənc şahmatçıları Avropa çempionatında uğurla çıxış edirlər
Rumıniyanın Mamaya şəhərində yeniyetmələrin və gənclərin şahmat üzrə Avropa çempionatında səkkizinci turun oyunları keçirilib.

12 yaşlı oğlanların turnirində Aydın Süleymanlı Polşa nümayəndəsi Oglaza Oskarla heç-heçə oynayaraq yeddi xalla turnir cədvəlinə başçılıq edir.

Eyni yaş qrupunda yarışan qızların mübarizəsində Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva ukraynalı Dubovyk Anastasiaya qalib gələrək liderliyini daha da möhkəmləndirib. Onun da səkkiz oyundan yeddi xalı var.

On dörd yaşlı qızların turnirində fransalı Aubert Estee üzərində qələbə qazanan Gövhər Beydullayeva yeddi xal yarım toplayaraq çempionluğa daha da yaxınlaşıb. On yaşlı oğlanlar arasında Riad Səmədov son tur ərəfəsində ikinci yerdə qərarlaşıb.

Xəbər 650 dəfə oxundu.