“Kariparma”dan ayrılıb Türkiyə klubuna keçir
Azərbaycan milli komandasının aparıcı üzvü Kseniya Kovalenko İtaliyanın “Kariparma” klubu ilə yollarını ayırıb. İdman.az saytının məlumatına görə, mövsümün əvvəlində Apennin yarımadasına yollanan voleybolçumuzun Parma təmsilçisi ilə belə tez vidalaşmasına səbəb komandanın pley-off mərhələsinə yüksələ bilməməsi olub.

Belə ki, “Kariparma” “A” seriyasında çıxışını vaxtından əvvəl dayandırdığından Kovalenko düşərgədən ayrılıb. Onun növbəti mövsümdə harada çıxış edəcəyi isə hələ dəqiqləşməyib. Lakin voleybolçunun növbəti ildə Türkiyə və ya Azərbaycan klubları arasında seçim edəcəyi bildirilir.

Kseniyanın sevdiyi oğlanın Anadolu klublarında çıxış etdiyini nəzərə alsaq, blok oyunçusunun gələn mövsümdən Türkiyədə forma geyinicəyini ehtimal etmək olar. Köhnə zədəsini sağaltmaq məqsədi ilə Kavalenko bu qonşu ölkədə cərrahiyyə əməliyyatı da keçirəcək. Qeyd edək ki, Kseniyanın həmişə start heyətində meydana çıxdığı “Karimarma” təsnifat mərhələsini 9-cu yerdə bitirib.

Xəbər 1182 dəfə oxundu.