Gənclər və idman naziri Azad Rəhimov Londona gedib
Gənclər və idman naziri Azad Rəhimovun Böyük Britaniyaya rəsmi səfəri başlayıb. GİN-in mətbuat xidmətindən idman.com.az saytına verilən məlumata görə, səfərin əsas məqsədi Londonda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, müzakirələr aparmaqdır. İlk öncə gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniyanın İdman və Olimpiya naziri Hugh Robertson, eyni zamanda Britaniya Olimpiya Assosiasiyasının baş katibi Colin Moynihanla görüşüb.

Nazir Azad Rəhimov: “Londona səfərimin əsas məqsadi yayda bu şəhərdə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, görülən işlərlə daha yaxından tanış olmaqdır. Olimpiya oyunlarına ev sahibliyi etmiş ölkələrin təcrübəsi ilə daha yaxdından tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi hər bir ölkənin həyatının ən böyük təcrübəsi hesab edilə bilər.
2020-ci ildə Olmipiya oyunlarına ciddi şəkildə ev sahibliyi etmək istiqamətində namizəd şəhər olduğumuz və bu mübarizədə çox ciddi rəqiblərimiz olduğunu nəzərə alsaq hər bir detalın diqqətlə öytənilməsi mühüm əhəmiyyət kəsb edir”.

Gələn həftə Bakı-2020-nin təşkilat heyəti Bakı və Lozanna arasında yaradılacaq xüsusi video konfrans vasitəsi ilə Beynəlxalq Olmipiya Komitəsinin mütəxəssislərinə oyunların planını təqdim edəcək.
Sonra, apreldə Moskvada dünyanın bütün ölkələrindən təşrif buyurmuş 1000-dən artıq Milli Olmipiya Komitələrinin nümayəndələri üçün təqdimat ediləcək.

Azad Rahimov: “Bu iki təqdimat bizim uğurun açarı da hesab edilə bilər. Biz Beynəlxalq Olmipiya Komitəsinə yalnız olimipiya oyunlarının Bakı və Azərbaycan üçün nə edə biləcəyini nümayiş etməyəcəyik. Bizim sloqanımız “Biz birlikdə bacararıq”dır ki, burada da əsas məqsəd Beynəlxalq Olmipiya Komitəsi ilə olimpiya hərəkatının inkişafında birgə əməkdaşlıqdır. Bakı-2020 şərq və qərb arasında körpü rolunu oynamaqla olimpiya tarixinə yeniliklər təqdim edir. Şübhəsiz ki Bakı BOK və tərəfdaşları üçün yeni və mənfəətli imkanlar açır. Ancaq biz başa düşürük bizim təkliflər paketimiz bu işlər üçün yararlı ola biləcək səviyyədə məxsusi deyil. Buna görə də biz olimpiya oyunlarına ev sdahibliyi etmək üçün real ehtiyaca əsaslanan davamlı model təklif edirik. Qurulacaq məkanlar gələcək nəsillərə də xidmət edəcək”.

Xəbər 1219 dəfə oxundu.