Azərbaycan futzalı üçün tale anı | |
Sabah futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının pley-off mərhələsində ilk oyununa çıxacaq. İdman.com.az saytının məlumatına görə, Bakıda keçiriləcək matçda komandamız Rusiya yığmasını sınağa çəkəcək. Bu oyunun çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki ilk görüşdə Joze Alesio Da Silvanın yetirmələri qalib gəlməyə, rəqib isə kifayət qədər yaxşı çıxış etməyə çalışacaq. Buna baxmayaraq, yığmamız səfərə rahat yollanmağı planlaşdırır. Təbii ki, burada 1 top fərqi ilə qələbə də komandamıza kömək etməyə bilər. Çünki final mərhələsinə yüksəlmək üçün futzalçılarımız böyükhesabla qalib gəlməlidirlər ki, ikinci görüşdə uduzsalar belə bunu sığortalaya bilsinlər. Qeyd edək ki, bu ilin payızında Tailandda keçiriləcək final mərhələsinə vəsiqə uğrunda cavab oyunu aprelin 9-da Tümendə olacaq. Pley-off mərhələsinin ilk oyunu 27 mart 21:00. Azərbaycan – Rusiya Hakimlər: Borut Şiviç və Dejan Nikoliç (hər ikisi Sloveniya) “Sərhədçi” Olimpiya İdman Mərkəzi |
|
Xəbər 1093 dəfə oxundu. |
|
|