Səkkiz futbol klubunun birinci divizionda iştirakına icazə verilib
Sentyabrın 9-da AFFA və Peşəkar Futbol Liqasının birgə komissiyası birinci divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, qərar qəbul edib.

Sənədləri qaydasında olan 8 klub - “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK-in birinci divizionda iştirakına icazə verilib.

Müraciət etmiş “Binə”, “Şahdağ”, “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı” klublarının sənədləri tam qaydasında olmadığı üçün onlara sentyabrın 12-dək vaxt verilib.

Xəbər 1101 dəfə oxundu.