“Nur” kollektivi ilk yoldaşlıq oyununda “Qarabağ”ı məğlub edib
Qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları ilk yoldaşlıq oyununda üz-üzə gəliblər.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, Mingəçevirdə “Kür Olimpiya Tədris-İdman Mərkəzi”ndə keçirilən birinci matçda əyalət təmsilçisi “Nur” 33:26 hesabı ilə qalib gəlib.

Komandalar arasında növbəti yoxlama görüşü sentyabrın 9-da keçiriləcək.

Xəbər 997 dəfə oxundu.