“Qalatasaray” klubu Fransanın “Bordo” komandasının qapıçısını heyətinə cəlb edib | |
Türkiyənin “Qalatasaray” futbol klubu Fransanın “Bordo” komandasının qapıçısı Sedrik Karraskonu transfer edib. İstanbula gələn fransalı futbolçu ictimaiyyətə təqdim edilib. Onunla birillik müqavilə imzalanıb. 35 yaşlı təcrübəli qapıçı “sarı-qırmızılılar”ın heyətində ildə 600 min avro maaş alacaq. Qeyd edək ki, karyerası boyunca Fransanın “Olimpik Marsel”, “Qenqam”, “Tuluza” və İngiltərənin “Kristal pəlis” komandalarında da forma geyinən futbolçu 2009-cu ildən “Bordo”da çıxış edirdi. |
|
Xəbər 998 dəfə oxundu. |
|
|