Azərbaycanın “Elite Horse and Polo Club” komandası dünya kuboku yarışına qələbə ilə başlayıb
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və “World Polo” MMC-nin təşkilatçılığı ilə Bakıda arena polo üzrə dünya kuboku yarışına start verilib.

Mübarizədən əvvəl komandalar meydana çıxaraq azarkeşlərə təqdim olunub.

Yarışda ilk görüş Azərbaycanın “Elite Horse and Polo Club” komandası ilə ABŞ-ın “Grand Champions Polo Club” kollektivi keçirilib. Oyun poloçularımızın 11:5 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci görüşündə Monakonun “Monte Carlo Polo Team” komandası İsveçrənin “Evviva Polo Club” klubu ilə qarşılaşıb. Görüşdə “Evviva Polo Club” komandası 8:7 hesabı ilə qalib gəlib.

Bakıda arena polo üzrə dünya kuboku yarışına sentyabrın 10-da yekun vurulacaq.

Xəbər 1438 dəfə oxundu.