Bu gün şahmat üzrə Dünya Kubokunun 22 görüşü tay-breyklə davam edəcək
Tbilisidə keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün – beşinci yarış günündə tay-breyk oynanılacaq.

Tay-breykdə 22 görüş olacaq. Onların sırasında azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üçüncü dövrəyə çıxmaq uğrunda mübarizə aparacaqlar. Şəhriyar Məmmədyarovun rəqibi Yuri Kuzubov (Ukrayna), Teymur Rəcəbovun rəqibi Vladislav Artemyevdir (Rusiya). İki partiyadan sonrakı hesab hər ikisində 1:1 olub.

Əvvəlcə rəqiblər iki partiya bilts oynayacaq. Bundan sonra hesab yenə bərabər olacaqsa, onda rəqiblər rapid oynayacaq.

Xəbər 592 dəfə oxundu.