Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulublar.

Azərbaycan güləşçiləri iki çəkidə mübarizə aparırlar. Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Ayşən Yusifova (40 kq) gürcüstanlı Mariam Karelidze, Aynur Camalova (46 kq) özbəkistanlı Guzal İslomova ilə qarşılaşacaq.

Xəbər 624 dəfə oxundu.