Şahanə Nəzərova dünya çempionatının qızıl medal uğrunda yarışacaq
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Dünya çempionatının üçüncü günündə güləşçimiz Şahanə Nəzərova (38 kq) yaponiyalı və rusiyalı idmançıları məğlub edərək finala yüksəlib.

Finaladək 2 görüş keçirən Ş.Nəzərova cəmi 149 saniyə xalça üzərində olub.

Qızıl medal uğrunda görüş sentyabrın 7-də keçiriləcək və güləşçimizin rəqibi Ukrayna təmsilçisi olacaq.

Xəbər 753 dəfə oxundu.