Azərbaycanın U-21 komandasının baş məşqçisinin müqaviləsinə xitam verilib
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsində İsrail və İrlandiya yığmaları ilə keçirilmiş oyunlar ilə bağlı sentyabrın 6-da AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib.

Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadənin Azərbaycan U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib.

Xəbər 546 dəfə oxundu.