Dünya çempionatının pley-off mərhələsinin püşkatma tarixi məlum olub
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasiminin tarixi məlum olub. Püşkatma mərasimi oktyabrın 17-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq.

Reqlamentə görə, qrup qalibi olan doqquz komanda Rusiyada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutan doqquz komandadan ən yaxşı göstəriciyə malik səkkizi isə pley-off oyunlarında iştirak etmək üçün dörd cütlüyə bölünəcək. Noyabrın 9-da və 14-də evdə və səfərdə keçiriləcək qarşılaşmaların qalibləri olan millilər də mundiala qatılacaqlar.

Qeyd edək ki, hələlik Avropa zonasından dünya çempionatı 2018-ə birbaşa vəsiqəni “H” qrupunun qalibi Belçika əldə edib.

Xəbər 588 dəfə oxundu.