İspaniya millisi tarixində ən böyük hesablı səfər qələbəsini qazanıb
Futbol üzrə İspaniya millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn yığmasını 8:0 hesabı ilə məğlub edib.

Bu hesab İspaniya millisinin səfərdə qazandığı ən böyük hesablı qələbə olub.

Həmçinin İspaniya millisi tarixində ilk dəfə eyni rəqibə seçmə mərhələ çərçivəsində hər iki oyunda 16 qol vurub. Komandalar arasında təşkil olunan ilk oyunda da İspaniya millisi 8:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər 569 dəfə oxundu.