“Fənərbaxça” Bakıda Çempionlar Liqasının qalibi oldu
Martın 25-də qadın voleybol komandaları arasında Çempionları Liqası yarışlarının final oyunu keçirilib.

Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Komleksində Türkiyənin “Fənərbaxça” və Fransanın “Kann” komandaları qarşılaşıblar.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Fənərbaxça” rəqibini 3:0 (25:14, 25:22, 25:20) hesabı ilə məğlub edərək Çempionlar Liqası yarışlarının qalibi olub.

Turnirin bürünc medalına isə Rusiyanın “Dinamo” (Kazan) komandası sahib olub.

Sonda komandalar mükafatlandırılıb və “Fənərbaxça”ya kuboku Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Mayer təqdim edib.
Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Çempionlar Liqası yarışlarında Bakının “Azərreyl” və “Rabitə” komandaları dörddəbir final mərhələsindək irəliləmişdilər.

Xəbər 1121 dəfə oxundu.