Qadın voleybolçulardan ibarət Azərbaycan yığması İtaliya millisi ilə qarşılaşıb
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçına çıxıb.

Baş məşqçi Faiq Qarayevin yetirmələri Milan şəhərində İtaliya millisi ilə qarşılaşıblar.

Görüş 3:0 (18:25, 23:25, 24:26) hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Qeyd edək ki, komandamızın İtaliya ilə daha bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Xəbər 565 dəfə oxundu.