Lyuis Hemilton Formula-1 yarışlarında şəxsi birincilik cədvəlində liderdir
“Mercedes” komandasının britaniyalı pilotu, bu yaxınlarda əfsanəvi Mixael Şumaxerin rekordunu təzələmiş Lyuis Hemilton Formula-1 dünya çempionatının İtaliya Qran-Prisi mərhələsinin qalibi olub.

Lyuis Hemilton Silverstoundan başqa heç yerdə bu cür enerji almadığını qeyd edib. O deyib: “Mənim komandam möhtəşəm iş görüb. Maşın fantastik şəkildə işləyirdi. “Mercedes” “Ferrari”dən daha güclüdür. Amma startda bəzi çətinliklər oldu: qoşulma səviyyəsi çox aşağı idi. Trasda britaniyalı azarkeşlərin çox olması məni sevindirdi”.

Bu mərhələdə ikinci yeri Hemiltonun komanda yoldaşı, finlandiyalı Valtteri Bottas, üçüncü yeri “Ferrari” avtomobilində çıxış edən alman Sebastyan Fettel tutub.

Dalbadal iki qələbədən sonra 238 xal toplamış Hemilton pilotların şəxsi birinciliyində liderlik edir. Şəxsi birincilikdə ikinci yeri Fettel (235 xal), üçüncü yeri Bottas (197 xal) tutur.

Növbəti mərhələ sentyabrın 15-dən 17-dək Sinqapurda keçiriləcək.

Xəbər 631 dəfə oxundu.